n faktorial
ədədinin yazılışındakı
sıfırların sayını tapın.
Giriş. Bir n (1 ≤ n
≤ 2 * 109) ədədi.
Çıxış. n! yazılışının
sonundakı sıfırların sayı.
Nümunə
giriş |
Nümunə
çıxış |
7 |
1 |
riyaziyyat
n
ədədinin faktoriyalı 1-dən n-ə qədər
olan ədədlərin hasilinə bərabərdir. Hasilin
sonunda sıfır 2 və 5-in hasilindən yaranır. Amma n!-nin
sadə vuruqlara ayrılmasında 2-lər 5-lərdən
çox olduğuna görə, n!-nin sonunda olan
sıfırların sayı n!-nin sadə vuruqlara
ayrılmasında olan 5-lərin sayına bərabərdir. Bu
5-lərin sayı isə belədir:
+ + + …
Cəmləmə
növbəti toplanan sıfıra bərabər olana
qədər davam edir.
Nümunə
100!-nin
sonunda neçə sıfır olduğunu tapaq.
+ + + … = 20 + 4 = 24
Üçüncü
toplanan artıq sıfıra bərabərdir, çünki 100
< 53 = 125.
Alqoritmin
reallaşdırılması
n
ədədini oxuyuruq.
scanf("%d",&n);
Formul üzrə cavabı, yəni res-i
hesablayırıq.
res = 0;
while(n > 0)
{
n /= 5;
res += n;
}
n!-nin sonunda
olan sıfırların sayını
çıxarırıq.
printf("%d\n",res);
Java reallaşdırılması
import java.util.*;
public class Main
{
public static void main(String[] args)
{
Scanner con = new Scanner(System.in);
int n = con.nextInt();
int res = 0;
while (n > 0)
{
n /= 5;
res += n;
}
System.out.println(res);
con.close();
}
}
Python reallaşdırılması
n ədədini oxuyuruq.
n = int(input())
Formul
üzrə cavabı, yəni res-i hesablayırıq.
res = 0
while n > 0:
n = n // 5
res += n
n!-nin sonunda olan sıfırların sayını
çıxarırıq.
print(res)